Tovuzda Vətən müharibəsinin qəhrəmanlarıdından biri olan şəhid hərbçimiz Emin Hüseynovun oğul övladı dünyaya gəlib-FOTO

OXUNUB: 59 SOSİAL
Vəsiyyət etmişdi ki, oğlum olarsa ona Taryel adını qoyarsan. Gün o gündür şəhid hərbçimiz müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu şəhid Emin Hüseynovun oğul övladı dünyaya gəldi. 7NEWS.az- ın bölgə müxbirinin verdiyi məlumata əsasəb şəhidimizin birinci övladı bir yaşlı Nurayın adını da özü qoyub. Eminin həyat yoldaşı Təranə Hüseynova oğlunu şəhidimizin adına layiq böyüyəcəyinə söz verir.  İndi Şəhidimizin anası oğlunun qoxusunu,təsəllisini nəvəsindən balaca Emindən alacağını deyir. Balaca Emin 3 kq 200 qram, boyu 52 sm çəkidə və boyda  dünyaya gəlib. Gələcəyin vətən keşikçisi balaca Emin Hüseynov atasının böyüyüb boya-başa çatdığı Yanıqlı kəndinə aparılıb.
 





RƏYLƏR