Toyda biabırçılıq: bəy içib dalaşdı, gəlin polisə tüpürdü - FOTO

OXUNUB: 845 DÜNYA

44 yaşlı Nil Con Dreyperlə 39 yaşlı Kira Andrea Dreyperin toy günü onların, gerçəkdən də, unutmayacaqları bir zaman kəsiminə çevrilib.

Onların ikisi də toy gecəsini İngiltərənin Kambriya qraflığındakı Barou şəhərində, polis idarələrindən birindəki kamerada keçiriblər.

Toy Ulverstondakı "Farmer's Arms"da idi.

Polis idarəsinə zəng vuran şəxs bu pabda dava düşdüyünü, qonaqların içib sərxoş vəziyyətdə dalaşdıqlarını demişdi.

Hadisə yerinə yollanmış polis əməkdaşları bəylə gəlinin təhqirləri ilə üzləşiblər.

"Gəldiniz, murdar donuzlar?! Sizi bura kim dəvət edib?! Rədd olun!" bağıran sərxoş Kira Andrea Dreyper polis zabitlərinə tüpürməyə başlayıb.

 

Bəylə gəlin polis idarəsinə aparılıb, səhərədək orada qalıblar.

Bu gün Dreyperlərin məhkəməsi olub. Onlar cərimələnəndən sonra azad buraxılıblar.

Toyda biabırçılıq: bəy içib dalaşdı, gəlin polisə tüpürdü - FOTO

İcmal.Az

RƏYLƏR