Tramp Obamanın Quantanamo həbsxanasının bağlanılması barədə fərmanını ləğv edib

OXUNUB: 476 DÜNYA

ABŞ prezidenti Donald Tramp sələfi Barak Obamanın Quantanamo həbsxanasının bağlanması barədə fərmanını ləğv edib.

Bu barədə TASS məlumat yayıb.

Ağ Evdən mətbuat üçün yayılan xəbərdə qeyd olunur ki, ABŞ-ın hazırkı dövlət başçısı Kubadakı xüsusi Quantanamo həbsxanasının bağlanılması barədə sələfi Barak Obamanın fərmanını ləğv edib.

Prezident əvvəlki administrasiyanın ABŞ-ın Hərbi-Dəniz Qüvvələrinə tabe olan, Quantnamo körfəzindəki həbsxananın bağlanılması qətnaməsini ləğv edən fərman imzalayıb. /report

 

İcmal.Az

RƏYLƏR