Tramp: Pornoaktrisaya 130 min dollar verməmişəm

OXUNUB: 576 DÜNYA

ABŞ prezidenti Donald Tramp şəxsi vəkilinin 2016-cı ildə pornoaktrisa Stormi Denielsa (Stefani Klifford) 130 min dollar məbləğində pul ödəməsindən xəbərsiz olduğunu bəyan edib.

Bu barədə "Reuters” məlumat yayıb.

Tramp bildirib ki,   pornoaktrisanın onunla iddia olunan "yaxın əlaqələri haqqında susması” üçün  vəkili Maykl Koenin haradan pul tapıb aktrisaya  verdiyini bilmir.

Bu arada, Koen də Danielsə  qeyd olunan  məbləğdə pulu öz cibindən ödədiyini gizlətmir.

Bundan əvvəl ABŞ məhkəməsi pornoaktrisa Stormi Danielsin,  Ağ Ev rəhbərinin hakim qarşısına çıxarılması ilə bağlı müraciətini təmin etməyib.

Aktrisa əmin edir ki, 2006-cı ildə Trampla intim əlaqədə olub və onun vəkili bu barədə susması müqabilində aktrisaya 130 min dollar pul ödəyib./oxu

İcmal.Az

RƏYLƏR