Tramp Rusiya və Çini ABŞ-a təhlükə hesab edir

OXUNUB: 529 DÜNYA

Rusiya və Çin ABŞ-ın maraqlarına, iqtisadiyyatına və dəyərlərinə meydan oxuyan rəqiblərdir.

 Bu sözləri Konqresdə çıxışı zamanı ABŞ prezidenti Donald Tramp səsləndirib.

"Dünyada milli maraqlarımıza, iqtisadiyyatımıza və dəyərlərimizə meydan oxuyan təcrid olunmuş rejimlərlə, terrorçu qruplaşmalarla, Çin və Rusiya kimi rəqiblərlə üzləşirik. Bu təhdidlərə sinə gərən zaman bilirik ki, zəiflik münaqişəyə aparan ən əsas yoldur, tayı-bərabəri olmayan güc isə müdafiə üçün ən yaxşı vasitədir”, – deyə ABŞ lideri bildirib.  

Ağ Ev rəhbəri "heç vaxt istifadə olunmayacağı ümidi ilə” ABŞ nüvə arsenalının modernizasiyaya ehtiyacı olduğunu vurğulayıb. Tramp bildirib ki, bu, istənilən təcavüzkar addımların qarşısını ala bilər.

"Yəqin, nə vaxtsa elə bir dönəm gələcək ki, dünyanın bütün ölkələri nüvə silahlarını məhv etmək üçün bir yerə toplaşacaq. Biz hələlik buna nail olmamışıq”, – dövlət başçısı qeyd edib.

O, Konqresi ölkənin hərbi büdcəsinin ixtisarı cəhdlərinə son qoymağa səsləyib./oxu

İcmal.Az

RƏYLƏR