ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Suriyada əməliyyatın vaxtı hələlik müəyyənləşməyib.
İcmal.Az-ın xəbərinə görə, o, bu barədə öz "Twitter” səhifəsində yazıb.
"Mən əməliyyatın vaxtını açıqlamamışam. Bu, tez də ola bilər, gec də”, - ABŞ prezidenti yazıb.
Xatırladaq ki, bundan əvvəl Tramp Suriyaya aviazərbələr endiriləcəyini bəyan edib.
İcmal.Az

























