Tramp viza lotereyası sayəsində ABŞ-a gələn immiqrantları tullantı adlandırıb

OXUNUB: 540 DÜNYA

ABŞ prezidenti Donald Tramp immiqrasiya viza lotereyası proqramı üzrə ölkəyə gələn insanları öz cəmiyyətlərinin pislərinin ən pisi adlandırıb və bu mexanizmi ləğv etməyə çağırıb.

O, müvafiq bəyanatla cümə günü Federal Təhqiqatlar Bürosunun Virciniya ştatında yerləşən Milli Akademiyasında çıxış edib.

"Lotereya var. Siz insanları seçirsiniz. Sizcə ölkələr bizə ən yaxşı insanlarını verirlər? Xeyir", - deyə Tramp auditoriyada gülüş yaradıb.

"Bu nə sistemdir? Onlar lotereya sayəsində gəlirlər. Onlar bizə ən pis insanlarını verirlər, onlar həmin insanları zibil kimi atırlar", - deyə prezident qeyd edib.

Onun sözlərinə görə, Prezident Administrasiyası Konqresi "zəncirvari miqrasiya"ya son qoymağa, həmçinin viza lotereyasını dayandırmağa çağırır və onu xidmətlər müqabilində immiqrasiya sistemi ilə əvəz etməyə çağırır./report

 

İcmal.Az

RƏYLƏR