Trampın Suriyaya hərbi müdaxilə qərarının arxasından başqası çıxdı

OXUNUB: 617 DÜNYA

ABŞ prezidenti Donald Tramp Əsəd rejiminin Suriyada kimyəvi silah istehsal etməsindən sonra bu bölgəyə hərbi müdaxilə edəcəyi qərarını özü qəbul etməyib.

İcmal.Az xəbər verir ki, bu qərarı qəbul etməkdə prezidentin milli təhlükəsizlik məsləhətçisi Con Boltonun birbaşa müdaxiləsi olduğu iddia edilir.

ABŞ prezidenti təxminən 2 həftə öncə vəzifəsindən kənarlaşdırdığı H.R. Makkasterin yerinə milli təhlükəsizlik məsləhətçisi olaraq Şimali Koreyaya hərbi müdaxilə fikrinin dəstəkləyən Con Boltonu təyin etmişdi.

2002-ci ildə Nobel Sülh Mükafatına layiq görülən sabiq ABŞ prezidenti Cimmi Karter Trampın Boltonu məsləhətçi etməsilə prezidentliyinin ən bərbad səhvlərindən birini həyata keçirdiyini demişdi.

Corc Buşun hökuməti dövründə ABŞ xarici işlər naziri və sonra BMT-nin daimi təmsilçisi olan Bolton öncə hücumu etmək fikrini dəstəkləyən və diplomatik probelemlərin həllini müharibədə axtaran ən ümdə şəxslərdən biridir.

İcmal.Az

RƏYLƏR