TRT kanalında məşhur müğənnidən ŞOK hərəkət – FOTO/VİDEO

OXUNUB: 746 ŞOU-BİZNES

TRT musiqi kanalında "Əngəlsiz səhnə" adlı proqrama qatılan məşhur müğənni Hakan Peker canlı yayımda mahnı oxuduğu zaman operatorun və rejissorun onu ekranda göstərməməsinə etiraz olaraq səhnəni tərk edib.

 BNEWS.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən TRT Musiqidə yayımlanan "Əngəlsiz Səhnə” adlı proqramda maraqlı anlar yaşanıb.

Əlil vətəndaşların tanınmış müğənnilərlə eyni səhnəni bölüşdüyü proqrama bu həftə Hakan Peker qonaq olub. Eyyub Sultan Aylar adlı vətəndaş ilə eyni səhnəni bölüşən Hakan Peker səhnədə olduqca əsəbiləşib. Canlı yayımda mahnı oxuduğu zaman rejissor köməkçisinin ekranda onu göstərməməsinə etiraz olaraq Hakan Peker "Tamaşaçının yerinə məni çəkməlisən operator. Anladın mı? Səhv yeri çəkirsən" deyərək səhnəni tərk edib.

Proqramdan sonraHakan Peker İnstagram hesabından video paylaşıb. O, paylaşdığı videoya "Super gecə idi. Eyyub Sultan Aylar qardaşım da çox duyğulu, çox gözəl oxudu" şərhini qeyd edib.

Hakan Peker baş verənlərə də münasibət bildirib:

"Mənim tamaşaçıya, dinləyiciyə hörmət, ehtiramımı, sevgimi məni tanıyan hər kəs bilir. 30 ildir də mövqeyim həmişə eynidir. Bu axşam iştirak etdiyim TV proqramında əvvəlindən etibarən idarə etmə ilə problem yaşamağıma baxmayaraq, proqramda sona qədər qalmağa çalışdım, təxminən 1,5 saat. Ancaq təqdir edərsiniz ki, mən də insanam və mənim də sinir sistemim var. Sonuncu mahnımın son mahnısında operatorun cəhdlərimizə baxmayaraq, hələ də məni, Eyyub qardaşımı və səhnəni görməzdən gəlib yerləri göstərməsinə reaksiya verdim. O an efirdə "Fon səhv yerləri çəkirsən, buranı çəkəcəksən" - dedim. Bunu dedikdən sonra mahnıya davam edəcək ürəyim qalmadığından və proqramın sonuna gəldiyimizdən görə səhnəni Tetin Özülküye təhvil verdim. Məsələ bundan ibarətdir. Öküzün altında buzov axtarmağın mənası yoxdur. Nə tamaşaçılarıma, nə də Eyyub qardaşıma qarşı hörmətsizlikdən əsla söhbət gedə bilməz. Proqramda onlar üçün iştirak etmişəm.

Məsələni fərqli yerlərə çəkib mənfi görüntü yaratmaq istəyənlərə qeyd: Açıq hava konsertlərimdə əlil dostlarıma həmi.ə ən öndə yer ayırmışam. Həmçinin bu günə qədər də saysız-hesabsız tədbirlərində iştirak etmişəm. Bunları da bu günə qədər nə açıqladım, nə də dilə gətirdim. Belə də davam edəcəyəm. Sosial mediada məni eqoist davranmaqda ittiham edənlər bilməlidirlər ki, nə qədər təvazökar insanam. Hətta bunu8 mənə tamaşaçılarım deyir. Həmçinin daim ekranda olmaq həvəsində olmamışam. Reklam iyi verən hərəkətlərin mənlik olmadığını da da bütün Türkiyə bilir. "Heç zaman öz imicinizi itirmədiniz” deyərək hər kəs dilə bunu gətirir. Nəticədə yazdığınız şərhləri sənətkarların da insan olduqlarını dərk etmədən hörmət çərçivəsində bildirsəniz, sevinərəm. Bu məsələyə dair ilk və son bəyanatlarla çıxışımdır".

 

 

İcmal.Az

RƏYLƏR