Tünzalə Ağayeva ilkə imza atdı – VİDEO

OXUNUB: 1337 ŞOU-BİZNES

Əməkdar artist Tünzalə Ağayeva "Qoşa qanad” adlı bəstəsinə klip çəkdirib.

İlk dəfə animasiya janrının fərqli növünə müraciət edilən klip bir neçə ay ərzində tamamlanıb.

Sənətçi klipini təqdim etmək və ətraflı məlumat vermək üçün media nümayəndələrini "Cinemaplus” kinoteatrına toplayıb.

Ziyalıların və qonaqların olduğu tədbirin aparıcılığını Murad Arif edib.

Tünzalənin keyfiyyət göstəricisi olduğunu bəyan edən Murad daha sonra sözü ekran işinin və mahnının ərsəyə gəlməsində əziyyət çəkən komandaya verib.

Tədbirdə çıxış edən "Qoşa qanad” adlı mahnının söz yazarı Yusif Nəğməkar Tünzalə ilə işləməkdən qürur duyduğunu deyib:

"Məni təsirləndirən bir məqam oldu ki, qərb janrında oxunan bir mahnıda "Ata” və "Ana” sözlərini Tünzalə elə səsləndirir ki, insan ürəyinə toxunur”.

Klipin rejissoru və ssenari müəllifi Emin Mirabdullayev Əməkdar artistin işinə məsuliyyətlə yanaşdığını söyləyib. 

Tədbirdə "Chameleon” animasiya studiyasının rəhbəri Natiq Zeynalov bildirib ki, indiyədək Azərbaycanda animasiya janrında kliplər çəkilsə də, burada kompüter qrafikasından yox, əl əməyindən istifadə edilib.

Ekran işinin rəssamı, illustrator Kənan Şeyxzamanlı isə Ağayevaya öz təşəkkürünü bildirib.

Valideynlərə sevginin aşılandığı mahnı zaldakı tamaşaçılar tərəfindən alqışla qarşılanıb. /oxu

 

İcmal.Az

RƏYLƏR