Türk Lirəsi Ərdoğanın mühüm açıqlamaları ilə kəskin bahalaşdı

OXUNUB: 341 İQTİSADİYYAT
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra kameralar qarşısına keçərək mühüm açıqlamalar verib. 

Prezidentin açıqlamasından əvvəl 9,2% artımla 18 lirəyə yaxınlaşmış Dollar/TL məzənnəsi, Ərdoğanın çıxışından sonra 11% azalma ilə 14,27 lirəyədək geriləyib (Bakı vaxtı ilə saat 22:26-ya olan məlumat). 

15%-dən başlayan KREDİTİ ONLAYN əldə et

ƏRDOĞAN NƏLƏRİ AÇIQLAYIB?

Ərdoğan çıxışında Türk Lirəsi (TL) əmanətləri üzrə tətbiq ediləcək yeni tələbləri (yeni aləti) açıqlayıb.

Ərdoğan, "Məzənnə artımı ilə bağlı narahatlıqlarını aradan qaldırmaq istəyən vətəndaşlarımıza yeni maliyyə alternativi təklif edirik. Bu yeni alət aşağıdakı kimi işləyəcək: İnsanlarımızın bankdakı Türk Lirəsi əmanətlərinin faiz gəlirliliyi məzənnə artımından yüksək olarsa, bu gəliri alacaqlar. Əgər məzənnənin artması əmanətin qazancından yuxarı olarsa, fərq birbaşa vətəndaşlarımıza ödəniləcək və bu gəlir vergisindən azad olunacaq. Bundan sonra heç bir vətəndaşın əmanətlərini sırf məzənnə yüksək olacağı üçün Türk Lirəsindən xarici valyutaya dəyişməyə ehtiyacı qalmayacaq”,- deyib.

Türkiyə Prezidenti bildirib ki, valyuta məzənnəsinin dəyişməsi ilə əlaqədar qiymət verməkdə çətinlik çəkən ixracat şirkətlərinə Mərkəzi Bank vasitəsilə forvard məzənnələri veriləcək. Məzənnə fərqi ixracatçı şirkətlərə TL ilə ödəniləcək (Məsələn, Mərkəzi Bank ixracatçıya deyəcək ki, siz Dollar/TL məzənnəsini 18 lirədən götürərək qiymət verin. Əgər gələcəkdə məzənnə 19 lirəyə yüksələrsə, aradakı fərq Mərkəzi Bank tərəfindən ixracatçıya ödəniləcəkdir).

Ərdoğan qeyd edib ki, Türkiyədə yastığın altında dəyəri 280 milyard dollar olan 5 min ton qızıl var. Bu qızılları maliyyə sisteminə daxil etmək və iqtisadiyyata gətirmək üçün bazarın maraqlı tərəfləri ilə birlikdə yeni alətlər hazırlanacaq.

RƏYLƏR