Türkiyə ordusu Afrində daha iki kəndi azad etdi

OXUNUB: 648 DÜNYA

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində kürd terrorçulara qarşı apardığı "Zeytun budağı” əməliyyatı tam gücü ilə davam edir. Əməliyyatın gedişində Afrin rayonunun daha iki yaşayış məntəqəsi Türkiyə SQ və "Azad Suriya Ordusu” müxalifət qüvvələrinin nəzarətinə keçib.

Bu barədə "Anadolu” agentliyi məlumat yayıb.

Məlumata görə, Afrin şəhərinin qərbində yerləşən Süleyman Xəlil və Sati Şahi kəndləri PKK terrorçu qruplaşması və ona bağlı olan PYD yaraqlılarından təmizlənib.

Türkiyə Baş Ordu Qərargahı yanvarın 20-də Suriyanın Afrin bölgəsində kürd birləşmələrə qarşı "Zeytun budağı” əməliyyatının başlanıldığını elan edib. Türkiyə SQ-nin keçirdiyi əməliyyatlara "Azad Suriya Ordusunun” döyüşçüləri dəstək göstərir./oxu

İcmal.Az

RƏYLƏR