Türkiyə parlamenti Azərbaycanda seçkiləri müşahidə edəcək

OXUNUB: 621 SİYASƏT

Aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərini Türkiyə Böyük Millət Məclisindən beş nəfərlik heyət müşahidə edəcək.

İcmal.Az-ın Sechki-2018.az-a istinadən xəbərinə görə, Azərbaycanın Ankaradakı səfirliyində fəaliyyət göstərən məntəqə seçki komissiyasından verilən məlumatda bildirilir ki, Ədalət və İnkişaf, Cümhuriyyət Xalq və Millətçi Hərəkat partiyalarından olan nümayəndə heyətinə Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdət Ünüvar başçılıq edəcək.

İcmal.Az

RƏYLƏR