Türkiyə raket atəşinə tutuldu – FOTO

OXUNUB: 552 DÜNYA

PYD/PKK terrorçuları Suriyanın Afrin əyalətindən Türkiyənin Kilis şəhərinə raket atıblar.

İcmal.Az Anadolu-ya istinadən xəbər verir ki, raket Şıx Mehmet küçəsində partlayıb.

İlkin məlumatlara görə, xəsarət alan yoxdur. Raketin düşdüyü yeri polis mühasirəyə alıb.

Qeyd edək ki, Türkiyə ordusu yanvarın 20-də Suriyanın Afrin əyalətində  PYD/PKK terrorçularına qarşı əməliyyata başlayıb.

 


İcmal.Az

RƏYLƏR