Türkiyə, Rusiya və İran arasında Bəyanat imzalanıb – YENİLƏNİB

OXUNUB: 602 DÜNYA

Bu gün Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani arasında Suriya böhranının tənzimlənməsinə həsr olunan görüş keçirilib.

İcmal.Az-ın məlumata görə, görüşdən sonra Türkiyə, Rusiya və İran prezidentlərinin Suriyada sülhə nail olunması istiqamətində əməkdaşlığın davam etdirilməsinə dair Bəyanat imzalanıb

14:43

Bu gün Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani arasında Suriyadakı vəziyyətə dair üçtərəfli görüş başlayıb.

İcmal.Az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, görüşdə Suriyanın Şərqi Quta və İdlibdəki humanitar böhran, eyni zamanda, bu ölkədə vəziyyətin normallaşması və yol xəritəsi müzakirə olunur.

Bundan başqa, Rəcəb Tayyib Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin Tel-Rıfat və Menbiçdə hərbi əməliyyat keçirməyə hazırlaşması barədə Vladimir Putin və Həsən Ruhanini məlumatlandıracaq.

Görüş başa çatdıqdan sonra tərəflər mətbuata bəyanatlarla çıxış edəcəklər.

İcmal.Az

RƏYLƏR