Türkiyədə ağır yol qəzasında bir ailənin altı üzvü öldü

OXUNUB: 779 DÜNYA

Türkiyənin Kayseri şəhərində ağır yol qəzası baş verib.

 Kayseri-Malatya avtomobil yolunda təcili yardım maşını minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində ikisi uşaq olmaqla altı nəfər ölüb, daha iki nəfər xəsarət alıb. 

Qəzada ölənlərin hamısı - Mustafa, Mehmet, Safiye Nur, Hamza, Zehra və Soner Üzümlər bir ailənin üzvləri olublar.

 Yaralılar xəstəxanaya çatdırılıb.

Qəzanın səbəbləri müəyyənləşdirilir./BNEWS.az

İcmal.Az

RƏYLƏR