Türkiyədə “anam-bacım” deyib boşanacaqlar

OXUNUB: 523 DÜNYA

Türkiyədə ailə başçısı öz arvadını bacı və ya ana adlandırmaqla, ondan boşana biləcək.

 Bu barədə Türkiyənin dini məsələlər üzrə idarəsinin (dəyanət) yaydığı fitvada bildirilir.

"Lakin bu, ər-arvadın ilk boşanmasıdırsa, yenidən kəbin kəsdirə bilərlər”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Türkiyənin dini məsələlər üzrə idarəsinin bir müddət öncə verdiyi kəbinin pozulması haqqında fitvaya görə, ar-ərvad telefonla, faksla və ya elektron məktubla boşana bilərlər. Bunun üçün kişi üç dəfə "boşayıram” (talaq - şəriətə görə boşanma) deməlidir.

Lakin qadın ismarıcın əri tərəfindən yollandığından əmin olmalıdır./oxu

İcmal.Az

RƏYLƏR