Türkiyədə dörd FETÖ-çü məhkəmədən qaçıb

OXUNUB: 675 DÜNYA

FETÖ ilə əlaqəsi olmaqda şübhəli bilinən dörd nəfər məhkəmə zalından qaçıb.

İcmal.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə hakimlər prosesə hazırlaşan zaman baş verib.

Şahidlərin dediyinə görə, Ankara Ağır Cinayətlər Məhkəməsində müttəhimlər iclasa vəkilləri ilə qatılmalı imiş. Ancaq məsləhətləşmələr zamanı hadisə baş verib.

Məhkəm sədri Məhəmməd Yavuz cinayət işi ilə bağlı dəlilləri elan edib.

Sonra müttəhimlərin adı elan edilib. Bəlli olub ki, Serkan və Songül Hasdemirlər, Mustafa Kayabaşı və Zekeriya Şentürk zalda yoxdur.

Bunun ardından onlar haqda axtarış və həbs əmri çıxarılıb.

Proses bu ayın 9-da davam etdiriləcək.

İcmal.Az

RƏYLƏR