Türkiyədə kütləvi zəhərlənmə: Yüzlərlə tələbə xəstəxanaya yerləşdirildi

OXUNUB: 583 DÜNYA

Türkiyənin Rizə vilayətində universitet tələbələri arasında kütləvi zəhərlənmə baş verib.

İcmal.Az Trend-ə istinadən xəbər verir ki, Rizə Universitetinin yataqxanasında yaşayan 473 tələbə axşam yeməyindən sonra halsızlıq hiss edib.

Onların zəhərləndyi məlum olub. Tələbələr dərhal xəstəxanaya yerləşdiriliblər.

Tələbələrin hansı qidadan zəhərləndiyi hələlik məlum deyil. Zəhərlənən tələbələrin hamısının Türkiyə vətəndaşı olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

İcmal.Az

RƏYLƏR