Türkiyədə naməlum şəxs məktəbdə atəş açıb, 7 nəfər yaralanıb - FOTO

OXUNUB: 539 DÜNYA

Türkiyənin Qaziantəp şəhərində naməlum şəxs məktəbin həyətində tüfəngdən atəş açıb.

İcmal.Az APA-ya istinadən xəbər verir ki, insident nəticəsində 5-i şagird olmaqla 7 nəfər xəsarət alıb. Yaralılar  xəstəxanaya çatdırılıb, onların həyatlarına təhlükə olmadığı bildirilir.

 

Cinayəti törədən şəxs hadisə yerindən qaçıb. Hazırda onun tutulması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Türkiyədə naməlum şəxs məktəbdə atəş açıb, 7 nəfər yaralanıb - FOTO

İcmal.Az

RƏYLƏR