Türkiyəli deputat Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib

OXUNUB: 845 SİYASƏT

Türkiyənin millət vəkili, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar Azərbaycan xalqını 18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib.

N.Ünüvar Trend-ə açıqlamasında Azərbaycanda dövlət müstəqilliyinin bərpa olunmasının 26-cı ildönümünün qeyd olunması münasibətilə həddən ziyadə qürur hissi duyduğunu bildirib:

Millət vəkili qeyd edib: "Azərbaycan xalqını təbrik edirəm, şəhidlərimizi yad edirəm".

Xatırladaq ki, oktyabrın 18-də Azərbaycanda Dövlət Müstəqilliyi Günü qeyd olunur.

 

İcmal.Az

RƏYLƏR