Türkiyədə 40 kiloqram çəkisi olan 21 yaşlı tələbə Ceren YılmazAntaliyada keçirilən restoran müsabiqəsində yeddi kiloqram kökəlib.
İcmal.Az yerli KİV-ə istinadla xəbər verir ki, 23 dəqiqə ərzində qız 255 şiş kabab yeyib.
Müsabiqənin qalibi olan Cerenə smartfon hədiyyə edilib. Bundan başqa, o, beş ay müddətində restoranda pulsuz yemək yeyə biləcək.
"Əvvəlcə qorxdum ki, qarnım cırılacaq, yaxın vaxtlarda öz rekordumu təzələmək niyyətindəyəm”, - qız deyib.
Restoran sahibi bu hadisədən heyrətə gəldiyini deyib.
"Heç kim düşünmürdü ki, o qalib gələcək”, - o qeyd edib.
İcmal.Az

























