Türkiyənin vurduğu terrorçuları Avropa sağaldır - FOTO

OXUNUB: 627 DÜNYA

Türkiyənin vurduğu terrorçular Avropada müalicə alırlar.

İcmal.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birlikdə Afrində apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində 4 minə yaxın üzvünü itirən PKK yaralı terrorçuları müalicə etdirmək üçün Avropaya göndərib.

PKK bu vaxta qədər yaralanan 700 terrorçunu Mənbiç yolu ilə Haseke bölgəsinə aparıb. Burada terrorçuların çoxu müalicə edilib, ağır vəziyyətdə olanlar isə Avropaya göndərilib.

 

Afrində yaralanan 70 terrorçu Erbildən Almaniya, Danimarka və Fransa xəstəxanalarına yatırılıb. Onlardan 20-nə protez taxılıb.

İcmal.Az

 

RƏYLƏR