Türkiyəyə ərə gedən qızından Mətanətə süpriz - video

OXUNUB: 609 MARAQLI
Əməkdar artist Mətanət İsgəndərliyə qızı Ülkər 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə sürpriz edib.

 Ülkər İstanbuldan Bakıya gəlib və anasına xəbər etməyib. O, gecə yarısı qapını döyərək, evə daxil olub. 

M.İsgəndərli həmin an lentə alınan videonu İnstaqram səhifəsində paylaşıb. O, görüntüyə "8 Martda ən böyük hədiyyə Ülkərimin gəlişi oldu" sözlərini yazıb. 

Qeyd edək ki, Ülkər Türkiyə vətəndaşı ilə ailə qurub. Onun toyu sentyabrda olmuşdu. /axşam

İcmal.Az

RƏYLƏR