Tüstü borusunda çadır qurdu - VİDEO - FOTO

OXUNUB: 560 MARAQLI

Sosial şəbəkələrdə "FreeSolo" kimi tanınan isveçli alpinist 52 metr hündürlüyündəki tüstü borusunun üzərində çadır qurub, orada gecələyib. Səhər saatlarında isə o, aşağı enib.

İcmal.Az Daily Mail-ə istinadən bildirir ki, zavodun tüstü borusuna dırmaşan və 52 metr hündürlükdə çadır açıb quran 42 yaşlı alpinist ekstremal macərasının videosunu çəkib.

Karlskron şəhərində riskli tryuku gerçəkləşdirən alpinist videonu sosial şəbəkələrdə paylaşıb.

"200 il əvvəl tikilmiş tüstü borusunun yuxarısında gecələmək çox təhlükəli idi. Külək hər an çadırı apara bilərdi. Amma mənim üçün yeni macəra oldu", - alpinist söyləyib.

 

13 yaşında alpinizmlə məşğul olmağa başladığını deyən "FreeSolo"nun sözlərinə görə, ən böyük arzusu Himalayı fəth etməkdir.

İcmal.Az

Tüstü borusunda çadır qurdu

Tüstü borusunda çadır qurdu - VİDEO - FOTO

Tüstü borusunda çadır qurdu - VİDEO - FOTO

Tüstü borusunda çadır qurdu - VİDEO - FOTO

RƏYLƏR