Ukrayna nümayəndə heyəti Ukrayna-Belarus sərhədi ərazisinə gəlib - ÖZƏL

OXUNUB: 314 Özəl GÜNDƏM DÜNYA

Ukrayna nümayəndə heyəti Rusiya Federasiyasının nümayəndələri ilə danışıqlarda iştirak etmək üçün Ukrayna-Belarus sərhədi ərazisinə gəlib. 

7NEWS az-ın məlumatına görə, bu barədə Prezident Administrasiyası Telegram-da məlumat yayıb. 

Nümayəndə heyətinin tərkibinə "Xalqın xidmətçisi” fraksiyasının sədri David Araxamia, Ukraynanın müdafiə naziri Aleksiy Reznikov, Prezident Aparatının rəhbərinin müşaviri Mixailo Podolyak, Üçtərəfli Əlaqə Qrupunda Ukrayna nümayəndə heyəti rəhbərinin birinci müavini Andrey Kostin daxildir. 

Məlumatda qeyd olunur ki, danışıqların əsas məsələsi dərhal atəşkəs və qoşunların Ukrayna ərazisindən çıxarılmasıdır. 

Xəbər verdiyimiz kimi, Ukrayna prezidenti Vladimir Zelenski fevralın 27-də Aleksandr Lukaşenko ilə söhbət etdiyini bildirib. Söhbət nəticəsində Ukrayna nümayəndə heyətinin Pripyat çayı yaxınlığında Ukrayna-Belarus sərhəddində ilkin şərt olmadan Rusiya nümayəndə heyəti ilə görüşməsi razılaşdırılıb. 

Lukaşenka "səyahət, danışıqlar və Ukrayna nümayəndə heyətinin geri qayıtması müddətində Belarus ərazisində yerləşən bütün təyyarələr, vertolyotlar və raketlərin yerdə qalacağına” görə məsuliyyəti öz üzərinə götürüb.

RƏYLƏR