Ukraynada təyyarə qəzası nəticəsində ölənlərin sayı 25-ə çatıb - YENİLƏNİB - VİDEO

OXUNUB: 1430 DÜNYA HADİSƏ
Ukraynanın Xarkov vilayətində qəzaya uğramış hərbi təyyarə barəsində yeni məlumatlar əldə olunub.

Təyyarənin göyərtəsində əvvəlcədən qeyd edildiyi kimi 28 deyil, 27 nəfər olub.
Belə ki, təlim uçuşunda iştirak etməli olan kursantlardan biri son anda uçuşa buraxılmayıb.

Bundan əlavə, ölənlərin sayı artaraq 25 nəfərə çatıb. Sağ qalan iki nəfər isə qəzadan əvvəl özlərini təyyarədən atmağa imkan tapıbmışlar.

***

Ukraynanın Xarkov vilayətinin Çuquyev rayonu yaxınlığında AN-26 hərbi təyyarəsi qəzaya uğrayıb.

"BakuPost" xəbər verir ki, Hərbi hava Qüvvələrinin Xarkov Universitetinin kursantlarının olduğu təyyarə 2 kilometr uçduqdan sonra düşüb. Rostov şosseis yaxınlığına düşən təyyarənin hansı istiqamətdə uçması hələlik bilinmir.

Təyyərədə 5 heyət üzvü və 18 kursant olub. Qəza nəticəsində 22 nəfər ölüb, 2 nəfər yaralanıb.
 

RƏYLƏR