“Umico”nun sahibi məhkəməyə verildi: SƏMƏD SEYİDOVUN KÜRƏKƏNİ İMİŞ

OXUNUB: 26 Özəl İQTİSADİYYAT

"Competo” MMC məhkəməyə verilib.
7NEWS.az-ın xəbərinə görə, MMC ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti "Shopstore” şirkəti edib.
Mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr olan iş hakim Kənan Hüseynovun icraatındadır. Baxış iclası noyabrın 19-da keçiriləcək.
Qeyd: "Competo” MMC-nin qanuni təmsilçisi Rauf Qulaməliyev İlham oğludur. Şirkət 2019-cu ilin mayında Umico (Universal Mobil Ağıllı Bələdçi) koalisiya loyallıq bonus proqramını Azərbaycan bazarında satışa çıxarıb. iOS və Android platformalarındakı Umico mobil tətbiqi müştərilərə ticarət kateqoriyaları üzrə Azərbaycanın pərakəndə satış şəbəkələrində, habelə birbaşa mal istehsalçılarından (brend sahiblərindən/distribütorlarından) alış-veriş edərkən nağd pul geri almağa (cashback) imkan verir.

Məlumat üçün qeyd edək ki, Rauf Qulaməliyev millət vəkili Səməd Seyidovun kürəkənidir.

Redaksiyamıza daxil olan digər məlumata görə Rauf Qulaməliyev artıq "Umico" rəhbərliyindən də uzaqlaşdırılır. İddiaya görə onun öz işçisi ilə qeyri-etik hərəkətləri ifşa edilib. Məlumatı tam dəqiqləşdirəndən sonra oxucularımıza təqdim edəcəyik.

RƏYLƏR