"Bu şərəfsizlər, bu manyaklar uşaqlarımızı qurban seçiblər. Onlara ən ağır cəzalar verilməlidir".
Hindistanın Racastan ştatındakı Caypur şəhərinin yaxınlığındakı Mahotna kəndində yaşayan qadınlar belə deyirlər.
Ötən həftə bu kənddə 5 yaşlı qıza təcavüz etmək istəyən şəxs tutulub.
Həmin şəxsi tutan kişilər manyakın əl-ayağını bağlayandan sonra yerə yıxıblar. Qadınlarsa həmin şəxsi döyməyə başlayıblar.
Dünənsə həmin şəxsin qardaşı qonşu kənddə tutulub. O da azyaşlılara təcavüzdə suçlanır.
Racastan ştatının polisi bu qardaşı həbs ediblər. Daha doğrusu, kənd sakinlərinin linç məhkəməsindən xilas ediblər.
Hindistanda hər il on minlərlə təcavüz cinayəti törədilir./milli
İcmal.Az
Videonu izləmək üçün şəklə klikləyin:



























