Vahid Hacıyev: Qarabağ və Şərqi Zəngəzur innovativ və dayanıqlı inkişaf məkanına çevrilib

OXUNUB: 563 Özəl SOSİAL
Bu gün azad Qarabağ və Şərqi Zəngəzur innovativ və dayanıqlı inkişaf məkanına çevrilib.

Bunu Azərbaycan Prezidentinin Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyev "Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi” mövzusunda konfransda deyib.

O bildirib ki, işğal dövründə yerlə-yeksan edilmiş şəhər və kəndlər bərpa olunur:

"Hava limanları, yollar, körpülər, tunellər, digər obyektlər inşa edilir, elektrik və su xətləri çəkilir. Bölgədə Azərbaycanın gələcək inkişafının yeni modellərindən biri formalaşır. Məcburi köçkünlər öz doğma ata-baba yurdlarına qayıdır. Artıq keçmiş məcburi köçkünlərimiz yenidən qurulan Zəngilan rayonunun Ağalı, Məmmədbəyli kəndlərində, Cəbrayıl şəhər 1-ci yaşayış kompleksində və Horovlu kəndində məskunlaşıblar".

Xüsusi nümayəndə qeyd edib ki, bu gün işğaldan azad edilmiş ərazilərdə belə bir tədbirin keçirilməsi bizim üçün əlamətdar hadisədir:

"Bu baxımdan da tədbirin təşkilinə görə Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Kamran Əliyevə xüsusi təşəkkürümü bildirmək istəyirəm".
 



 

RƏYLƏR