Venesuelada həbsxanada qiyam: 78 ölü – FOTO

OXUNUB: 639 DÜNYA

Venesuelanın Karabobo əyalətinin mərkəzi Valensiyada pir həbsxanada qiyam olub.

İcmal.Az xəbər verir ki, ilkin ehtimallara görə, 78 nəfər qiyamda həyatını itirib.

Üsyançılar həbsxananı yandırıblar.

Beynəlxalq agentliklər üsyan və ölü sayı barədə hökumət qaynaqlarına istinadla informasiya yayıblar. 

Həbsxanada 100-dən çox insan olub. Ölənlərdən 68-i kişi, 10-u qadındır. Qadınların ərlərini ziyarətə gələrkən hadisə yerində öldükləri bildirilir.

Üsyanın meydana çıxma səbəbləri bəlli deyil. Şahidlər bildiriblər ki, əvvəl silah səsləri eşidiblər, sonra anidən yanğın meydana gəlib. 

 

İcmal.Az

RƏYLƏR