Vətəndaşlara “qan udduran” “City Life” kimindir? (FOTOLAR)

OXUNUB: 1 HADİSƏ
"City Life” MMC ("Nizami City”) tərəfindən aparılan söküntü işləri nəticəsində Yasamal rayonu, Mirzə Fətəli Axundov küçəsi ("Nizami” metrostansiyasının yaxınlığı), 160 nömrəli evdə təhlükəli vəziyyət yaranıb.

Bu barədə Pravda.az-a sözügeden mülkün sahibi Tamerlan İsayev məlumat verib.
Onun sözlərinə görə, "City Life” onun mülkünü yararsız hala salıb: "Bu fakt Müstəqil Ekspertiza Mərkəzinin təqdim etdiyi rəy ilə də təsdiq edilib.
Tamerlan İsayev "City Life” MMC ilə bağlı məhkəməyə müraciət etdiyini bildirib. Hazırda iş Yasamal Rayon Məhkəməsindədir. İş hakim Ayşən Məmmədovanın icraatındadır.

"City Life” MMC-nin direktoru Rafael Mirzəyev deyib ki, sözügedən ərazidə həm prokurorluğun, həm məhkəmənin, həm də Fövqəladə Hallar Nazirliyinin istintaq araşdırması gedib: "Məhkəmə davam edir, nəticəsindən asılı olaraq qərar qəbul olunacaq”.

Tribuna.az xatırladır ki, daha əvvəl də mənzil mübahisəsi ilə əlaqədar Ələmov Asif Meyli oğlu şikayət edib. O zaman işə hakim Ülkər Xəlil sədrlik edib. Bundan başqa, ötən il Yasamal rayonu İbrahim Əbilov küçəsində yerləşən "City Life” MMC-yə məxsus ərazidə qanunsuz ağac kəsimi faktı qeydə alınıb.

 

 

RƏYLƏR