"Vicdan haqqı"nın Larisası serialı tərk edib? - FOTO

OXUNUB: 810 ŞOU-BİZNES

Milli.Az-a daxil olan məlumata görə, aktrisa Çimnaz Sultanova "Vicdan haqqı" serialından gedib. 1 ay öncə serialı öz istəyi ilə tərk edən aktrisa hal-hazırda aparıcılıq edir. Məşhur aktrisa hətta sosial şəbəkədə izləyicisinin ona "Larisa xanım, qorxuram başınız aparıcılığa qarışsın, sizi də sonra serialdan çıxarsınlar" sualını da cavabsız qoymayıb:

"Narahat olmayın, Larisa xanımın rolu noyabrın 3-dən artıq bitib. Hər şeyin bir sonu var, "Vicdan haqqı" axı "Santa Barbara" serialı deyil ki, illərlə getsin", - deyə aktrisa cavab bildirib.

Qeyd edək ki, aktrisa 3-cü mövsümdür ki, sözügedən serialda Larisa obrazını yaradırdı.

 

İcmal.Az


RƏYLƏR