Viran olmuş şəhərdə möcüzə: 7 aylıq uşaq xilas edildi - VİDEO - FOTO

OXUNUB: 702 DÜNYA

İtaliyanın İskya adasında zəlzələ nəticəsində dağılmış binaların altında qalmış insanları arayan xilasedicilər 7 yaşlı və 7 aylıq iki uşağı xilas ediblər.

İcmal.Az Milli.Az-a  istinadən bildirir ki, İtaliya mediası olayı "əsl möcüzə" kimi dəyərləndirib.

7 yaşlı Mattias 14 saat dağıntılar altında qalmışdı.

7 aylıq Paskuale isə anası Alessiya ilə birlikdə Rizzoli şəhərindəki hospitala aparılıb.

Bazar ertəsi, səhər saatlarında İskya adasında güclü zəlzələ baş verib. Rixter şkalası ilə 3,6 bal gücündəki yeraltı təkanların episentri 10 km dərinlikdə olub.

 

Kazamiççola şəhərində güclü dağıntılar var. Burada 2 nəfər həlak olub, 39 nəfər yaralanıb, 2600 nəfər evsiz-eşiksiz qalıb.

Balaca Paskualenin dağıntılar altından çıxarıldığı anın əks olunduğu, "Reuters"in reportyoru tərəfindən çəkilmiş foto isə sosial şəbəkələrdə əsl sənət əsəri kimi dəyərləndirilib. Bu fotonu orta əsrlərdəki Renessans rəssamlarının tablolarına bənzədirlər.

Məqaləyə dair fotomateriallar:

 

İcmal.Az

RƏYLƏR