“VTB Bank“ 4 ildir dividend ödəmir - Səhmdarlardan biri də ARDNF-dir

OXUNUB: 2138 İQTİSADİYYAT BANK
Nizamnamə kapitalına görə Rusiyanın birinci, aktivlərinə görə isə "Sberbank”dan sonra ikinci bankı olan "VTB Bank" 2024-cü il üçün dividend ödənişlərini təxirə sala bilər.

Bu barədə "İnterfaks" agentliyinə bankın İdarə Heyəti sədrinin birinci müavini Dmitri Pyanov məlumat verib.

Bildirilib ki, "VTB Bank" 2021-2023-cü illərin nəticələri üzrə də dividend ödənişini həyata keçirməyib.

Dmitri Pyanov qeyd edib ki, ödənişlərin 2025-ci ilin sonuna qədər bərpa edilməsi nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, səhmlərinin 60,9%-i dövlətə məxsus olan "VTB Bank"ın səhmdarları arasında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) da (2,95 %) yer alıb.

RƏYLƏR