"Vurub yıxdı, bıçaqladı" - 31 yaşlı oğlan bir ailəni xəstəxanalıq etdi - VİDEO - FOTO

OXUNUB: 1156 HADİSƏ

Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib.

İcmal.Az ARB TV-yə istinadla xəbər verir ki, hadisə rayonun Kolayır kəndində qeydə alınıb.

31 yaşlı Eyvaz Orucov qonşusu və eyni zamanda yaxın qohumunu xəstəxanalıq edib. O, bir neçə bıçaq zərbəsi endirdiyi oğlanın atasını yıxıb, anasını, nənəsini və 16 yaşlı bacısını döyüb.

Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər. 18 yaşlı gəncin vəziyyəti orta-ağırdır.

Şölə Vəliyeva (zərərçəkən): "Yoldaşımı vurub yıxdı, oğlumu bıçaqladı. Daha sonra isə bizə hücum çəkdi".

Səlminaz Allahverdiyeva (zərərçəkən): "Nəvəmi vurdu, qanına bələnsin. Burnumuzu vurub qırıb".

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 


İcmal.Az

 

Videonu izləmək üçün şəklə klikləyin:

RƏYLƏR