Xaçmazda ağır qəza: Ölənlər var - YENİLƏNİB

OXUNUB: 986 HADİSƏ

Xudat şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İcmal.Az APA-ya istinadən xəbər verir ki, Sumqayıt şəhər sakini, 1989-cu il təvəllüdlü Əlirzayev Müşfiq Nizami oğlunun idarə etdiyi "BMW” markalı, 10-FF-188 dövlət nömrə nişanlı avtomobillə Qusar rayon sakini, 1988-ci il təvəllüdlü Balayev Vadim Nurbala oğlunun idarə etdiyi "Lada Kalina” markalı, 90-FL-348 nömrə nişanlı maşın toqquşub.

Nəticədə "Lada Kalina” markalı avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib.

Digər avtomobilin sürücüsü, M. Əlirzayev və "Lada Kalina”da olan sərişinlər Qusarın Kuzunqışlaq kənd sakinləri - Sərkərov Simran Rasim oğlu, 1987-ci il təvəllüdlü Mustafayev Qorxmaz  Şövkət oğlu, 1987-ci il təvəllüdlü Balayev Nəcəf Akif oğlu müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

S.Sərkərov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

09:18

Xaçmaz rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

İcmal.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Xaçmaz rayonunda "BMW” və "VAZ” markalı iki avtomobil toqquşub.

Hadisə yerinə cəlb olunmuş Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri "VAZ” markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış 1988-ci il təvəllüdlü Balayev Vadim Nurbala oğlunun meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

İcmal.Az

RƏYLƏR