Xalq artistləri Aygün Kazımova və Zülfiyyə Xanbabayeva barışıb.
İcmal.Az xəbər verir ki, dünən Bakı Kristal Zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilən təntənəli konsert keçirilib.
Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan bədii-musiqili gecədə bir çox müğənnilər, o cümlədən Aygün Kazımova ilə Zülfiyyə Xanbabayeva da iştirak edib. Məşhur səhnə ulduzlarının bu konsertdə illərdir davam edən küsülüyə son qoyduğu iddia olunur. Belə ki, aşıq Samirə Əliyeva Z.Xanbabayeva və A.Kazımova ilə birlikdə çəkdirdiyi şəkli öz instaqram səhifəsində paylaşıb.
Xatırladaq ki, yanvar ayında türkiyəli müğənni Ajda Pekkanın Heydər Əliyev Sarayında baş tutan konsertində Xalq artistlərinin barışdıqları iddia edilsə də, Zülfiyyə Xanbabayeva məlumatı qəti şəkildə təkzib etmişdi.
Bundan başqa dünənki konsertdə Aygün Kazımovanın bir müddətdir münasibətləri soyuq olduğu Əməkdar artist Tünzalə Ağayeva ilə də yaxınlaşdığı deyilir.
İcmal.Az