Xarici könüllülər türklərə qarşı döyüşəcək

OXUNUB: 663 DÜNYA

ABŞ, Almaniya və Britaniyadan olan könüllülər Türk ordusuna qarşı döyüşlərdə iştirak etmək üçün "Suriya Demokratik Qüvvələri” koalisiyasından olan kürd yaraqlılara qoşulacaq.

Bu barədə çərşənbə günü "Reuters” məlumat yayıb.

"Rəqqada döyüşmüş və hazırda Deyr-Əz-Zor rayonunda döyüşən xarici yaraqlılar Afrinə yollanmaq fikrinə düşüblər”, - deyə "SDQ” hərbi komandanlarından olan Redur Selil bildirib.

O, onlarla insanın kürdlərə qoşulacağını bildirsə də, dəqiq say barədə məlumat vermək istəməyib.

Qeyd edək ki, bir çox Qərb dövlətlərindən olan könüllülər kürdlərə dəstək olan döyüşçülər qismində İŞİD terrorçu qruplaşmasına qarşı savaşıb./oxu

İcmal.Az

RƏYLƏR