Xəstəxana yoxsa qəssabxana: "Universal hospital"ın ekoloji təxribatı (VİDEO)

OXUNUB: 0 HADİSƏ
Bu günlərdə 7NEWS.az redaksiyasına maraqlı məlumat, daha doğrusu videofakt daxil olub. Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 196 ünvanda yerləşən "Universal Hospital" özəl xəstəxanası ilə bağlı məlumat daxil olub. Məlumatda qeyd olunur ki, binanın birinci mərtəbəsində yerləşən qazanxanadan hər gün açıq havaya tonlarla zəhərli maddə buraxılır. Videodan da aydın görünür ki, qapalı məkanın daxilinə yerləşdirilmiş dizel mühərrikli avadanlıq iri həcmdə zəhərli maddələri şəhərin mərkəzində açıq havaya buraxır. Hələlik avadanlığın hospital üçün hansı funksiyanı yerinə yetirdiyi bəlli deyil. Fakt odur ki, "Universal Hospital" şəhərin mərkəzində heç nəyə, heç bir quruma, heç bir qayda-qanuna əməl etmədən böyük həcmdə zəhərli maddələri açıq havaya buraxmaqda davam edir. 
Mövzunu diqqətdə saxlayacağıq. 
7NEWS.az
 
 
 
 

RƏYLƏR