Xətai rayonundakı 235 saylı uşaq bağçasının balacaların bilik sevinci

OXUNUB: 831 SOSİAL
Sentyabrın 15-də Xətai rayonundakı 235 nömrəli xüsusi təyinatlı körpələr evi- uşaq  bağçasında "Bilik  gününüz  mübarək!" adlı tədbir keçirilib.
      Əvvəlcə ulu öndər Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.
     Tədbiri giriş sözü ilə açan bağçanın müdiri Vəfa Məmmədova   ilk öncə onu vurğulayıb: "Bu gün hər birimiz  fəxr edirik ki, qalib  ölkənin  vətəndaşıyıq. Hamımız bu şərəfli tarixin şahidi olduğumuz, eləcə də uşaqlarımızın bundan sonra sülh, əminamanlıq içində yaşayacaqları üçün  çox xoşbəxtik. Bu Zəfərə görə dövlətimizin başçısına və güclü Azərbaycan Ordusuna minnətdarıq".
      Sonra  "Bilik günü”nün məzmunu haqqında  ətraflı danışan Vəfa Məmmədova qeyd edib ki, yeni tədris  ili bağçanın kollektivi tərəfindən  böyük ruh yüksəkliyi  qarşılanır. Uşaqlar xalqın gələcəyi, hər bir evin sevinci və ümid çırağıdır. Bağçada 
yaradılan şərait   uşaqların tam şəkildə sağlam həyatını, bilikli və tərbiyəli şəxsiyyət kimi böyüməsini təmin edir.  Müəllimlər də işlərini sevə-sevə və həvəslə yerinə yetirirlər. "Bunun nəticəsidir ki ,  uşaqların müəllimlərə sevgisi məhz bütün kollektivə məxsusdur. Çünki hamı birlikdə yeganə məqsəd uğrunda çalışır və hər bir işdə bir-birinə yaxından kömək edir", - deyə Vəfa Məmmədova əlavə edib.
     Bağçanın müəllimləri Vəfa Yusubova, İradə Məmmədova da  çıxış edərək  mehriban, səmimi, tələbkar kollektivin əməyi nəticəsində yetişən bilikli, dünyagörüşlü və tərbiyəli fidanlarla uğurlu gələcəyə addımlaya biləcəklərinə əminliklərini ifadə ediblər. Onlar vurğulayıblar ki,   fidanların sağlam, firavan yaşaması və təhsilli böyümələri yalnız valideynlərin deyil, həm də dövlətin əsas vəzifələrindən biridir.
    Sonda  uşaqların ifasında rəngarəng bayram proqramı təqdim olunub. Uşaqlar şeirlər söyləyib, mahnılar oxuyub, rəqs nömrələri nümayiş etdiriblər.
     Balaca fidanların təqdim  etdikləri ədəbi- bədii kompozisiya alqışlarla qarşılanıb.
Нет описания.
Нет описания.
Нет описания.

RƏYLƏR