Xəzərdə batan gənclərin adları açıqlandı - YENİLƏNİB

OXUNUB: 725 HADİSƏ

Avqustun 16-da dənizdə batdığı ehtimal edilən şəxslərin şəxsiyyəti müəyyən edilib. 

 

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, axtarışları aparılan şəxslər 1998-ci il təvəllüdlü Sadıqov Elməddin Fəzail oğlu və 1998-ci il təvəllüdlü Vəliyev Qürbət Məhəmməd oğludur. Axtarış işləri haqqında əlavə məlumat veriləcək.

 

**

10:26

Dənizdə batan şəxslərdən birinin kimliyi bəlli olub.

 Avqustun 16-da dənizdə batdığı ehtimal edilən 2 nəfərin axtarışları bu gün saat 08:45-dən etibarən davam etdirilir. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin məlumatına əsasən, axtarışları aparılan şəxslərdən biri 1998-ci il təvəllüdlü Sadıqov Elməddin Fəzail oğludur. Digər vətəndaşın şəxsiyyəti dəqiqləşdirilir. Əlavə məlumat veriləcək./lent

 

 

İcmal.Az

RƏYLƏR