Xəzərdə batma təhlükəsi ilə üzləşən 4 yaşlı uşaq xilas edilib

OXUNUB: 533 HADİSƏ

Xəzərin Qaradağ rayonu sahilində 4 yaşlı uşaq batma təhlükəsindən xilas edilib.

Hadisə dənizin Səngəçal qəsəbəsi ərazisində qeydə alınıb.

2013-cü il təvəllüdlü İslamzadə Ayan Ramin qızı valideyn nəzarəti olmadan dənizdə batma təhlükəsi ilə üzləşib. O, atası İslamzadə Ramin tərəfindən sudan çıxarılıb. 

Vəziyyəti pisləşən uşaq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Fakt araşdırılır./report

 

İcmal.Az

RƏYLƏR