Abşeron rayonunun Xırdalan şəhərində "VAZ" markalı minik avtomobili yol kənarındakı səkiyə çırpılıb.
Bu barədə məlumat FHN-in Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə daxil olub.
Məlumata əsasən, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər./report
İcmal.Az
























