Fevralın 24-də "Xocalıya Ədalət" Beynəlxalq Kampaniyası çərçivəsində Azərbaycan Velosiped İdmanı Federasiyası, Respublika Olimpiya Velosiped Məktəbi və Respublika Velotrekinin kollektivi və idmançıları faciə qurbanlarının xatirəsinə ucaldılmış "Xocalı” abidəsini ziyarət edib. Abidənin önünə tər qərənfillər düzülüb və faciə qurbanlarının xatirəsi ehtiramla yad edilib. Ziayarət zamanı idmançılara baş vermiş faicə haqqında geniş məlumat verilib. Qeyd olunub ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri, Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki erməni silahlı dəstələri, keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin bilavasitə iştirakı ilə Xocalı soyqırımını həyata keçirdi. Bu qətliam XX əsrin bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli faciələrindən biridir. Soydaşlarımıza qarşı misli görünməmiş qəddarlıqla törədilən Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. O cümlədən 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsinə tuş gəlib yaralananlardan 76-sı uşaq idi. Faciə baş verən gecə 1275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi isə hələ də məlum deyil. Allah rəhmət eləsin!

"Xocalı” abidəsi ziyarət olundu
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
Mehparə Mərdanzadə AQDİM-nin Fəxri üzvü seçildi
20.10.2025, 08:50 / GÜNDƏM, Özəl, SOSİAL -
MDU ilə Türkiyənin OSTİM Texniki Universiteti arasında Memorandum imzalanıb
18.10.2025, 10:45 / SOSİAL -
Zaur Mikayılovun tapşırığı ilə ADSEA nümayəndə heyəti Naxçıvanda əraziyə baxış keçirib
17.10.2025, 16:44 / Özəl, SOSİAL, İQTİSADİYYAT -
Baş prokuror Gəncə şəhərində vətəndaşları qəbul edib
17.10.2025, 16:22 / Özəl, SOSİAL -
MDU və TED Universiteti arasında razılaşma imzalandı
17.10.2025, 13:52 / SOSİAL -
Nərmin Əfəndiyeva qanunsuz kazino reklam edir - VİDEO
17.10.2025, 12:01 / HADİSƏ, SOSİAL -
Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib
17.10.2025, 11:19 / Özəl, SOSİAL
Xəbər lenti
KÖŞƏ
ƏN ÇOX OXUNANLAR
-
Özəl, index-manşet, SOSİAL Prezident İlham Əliyev: Prokurorluq orqanları da dövlət suverenliyinin keşikçiləri hesab olunurlar
-
GÜNDƏM, Özəl İcra başçısı Elgin Həbibullayev eyni ərazini iki şirkətə satıb - FOTOFAKT
-
Özəl, index-manşet, SİYASƏT Prezident İlham Əliyev "Suverenliyin keşiyində: Konsitutisiyada prokurorluğun statusu" dəyirmi masa formatında keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb