Yanğından xilas etdikləri heyvanları yedilər

OXUNUB: 876 DÜNYA

İngiltərənin Viltşr bölgəsində fermadakı yanğından xilas edilən donuz balaları onları xilas edən yanğınsöndürənlərə sosiska olaraq göndərilib.

 Fevral ayında baş verən yanğında iki dişi donuz və balaları xilas edilmişdi. Fermer Reyçl Rives yanğınsöndürənlərə heyvanlar kəsilən zaman orqanik sosiskalar göndərmək sözü vermişdi.

Yanğından 6 ay sonra xilas etdikləri heyvanları manqalda bişirən yanğınsöndürənlər və fermer vegeterian və heyvansevərlərin tənqidinə tuş gəlib və onların bu addımı etirazla qarşılanıb.

Yemək mərasimindən "Facebook"da şəkil paylaşan yanğınsöndürənlər sonra bu postu siliblər, fermer isə "Bura heyvan sığınacağı deyil, 6 ay müddətində onları yaxşı şəraitdə bəsləyib saxlayırıq. Çöldə orqanik qidalar yeyib fermada böyüyürlər. Yanğınsöndürənlərə isə sosiska sözü vermişdim" deyərək özünü müdafiə edib. /qaynarinfo

 

İcmal.Az

RƏYLƏR