"Yapı Kredi Bank"da nə baş verir? - XALİQ MƏNFƏƏTİ AZALDI

OXUNUB: 34 Özəl GÜNDƏM BANK

"Yapı Kredi Bank” (Azərbaycan) 2020-ci ilin yekunlarına dair hesabatını açıqlayıb.

Valyuta.Az bankın açıqladığı hesabata istinadən xəbər verir ki,  bankın müştərilərinə verdiyi xalis kreditlər 2019-cu ilin yekunu ilə müqayisədə 35 mln. 809 min manat azalıb ki, bu da "Yapı Kredi Bank”ın cəmi aktivlərinin azalmasına səbəb olub. 

Bankın cəmi aktivləri 1 il ərzində 80 mln. 293 min manat azalaraq 2020-ci ilin yekununda 348 mln. 284 min manata düşüb.

Bundan başqa müştərilər sözügedən bankdan 72 mln. 843 min manatlıq depozitlərini geri çəkiblər ki, bu da bankın öhdəliklərini 81 mln. manat azaldaraq 266 mln. 360 min manata endirib.

"Yapı Kredi Bank”ın cəmi kapitalı 663 min manat artaraq 81 mln. 924 min manata çatıb.

Bankın faiz gəliri 32 mln. 630 min manat, faiz xərcləri 1 mln. 719 min manat olub. Nəticədə bank 30 mln. 911 min manatlıq xalis faiz-gəliri əldə edib. 

Qeyr-faiz gəlirləri 12 mln. 899 min manat, qeyr-faiz xərcləri isə 26 mln. 945 min manat olan bankın əməliyyat mənfəəti 16 mln. 865 min manat olub.

"Yapı Kredi Bank”ın xalis mənfəəti 2 mln. 603 min manat və ya 65,4% azalaraq 1 mln. 373 min manata enib./valyuta

RƏYLƏR