Bakıda baş verən qəzanın görüntüləri anbaan avtomobildəki kameraya qeyd olunub.
99-KV-894 qeydiyyat nişanlı "İnfiniti” markalı avtomobilin sürücüsü martın 13-də paytaxtın A.M.Şərifzadə küçəsində geriyə dönən zaman qarşıdan gələn avtomobilin yoluna çıxıb. Bu zaman görüntünü qeydə alan sürücü dayanmaq istəsə də qəza qaçılmaz olub. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib.