Yasamaldakı dəhşətli yanğının günahkarı Elşad Həsənovdur: QANUNSUZ OBYEKTLƏRİN BƏDƏLİ...

OXUNUB: 21 Özəl İQTİSADİYYAT

7NEWS.az xəbər verir ki, bu barədə jurnalist Heydər Mirzə paylaşım edib: "1001 hoqqa və sifətdən, məhkəmələrə və müvafiq orqanlara kisələrlə pul paylamaqdan (özü deyib, böhtan atmıram), məhkəmə hakiminin yanında "bizdə variantlar çoxdur, məhkəmə zad hərləmirik" deyən LOFT restoranının yiyəsi binamızı nəhayət ki yandırdı. 

Yasamal məhkəməsini udmuşdu. 2 dəfə İTV gəldi çəkdi. Bir dəfə başqa kanal. İctimailəşdirdik. Apelyasiyaya hazırlaşırdıq. Çi fayda?

Ölənlər var. Çoxlu sayda yaralananlar var. Obyektin yiyəsi yoxdur, yarımştat şilləvuranı də gizlənib polislərin arxasında. Yaxınlaşıb siqareti rojasına atıb anasının peşəsi haqda söz deyirəm, deyir "problem yoxdur”, cındırın dölü!!

AzTV gəlib. Sakinlərdən müsahibə götürür. Sual verir "binada neçə mərtəbə var?”. Çox vacib sualdır axı! Həyatı məna daşıyır axı! Mənim kişiliyim çatdı cavabını verməyə "binada neçə mərtəbə var?” sualına. Görüm AZTV-ninki çatacaqmı o müsahibəni verməyə?! 

O dünyadan qayıtdıq. Alov görmədim. Amma tüstüdə, işıqsız koridorda nə yaşadıq…. Pişiklər salamatdır, mən də. İndi valideyinlərim gildəyəm… 

FHN və polislər camaatı boğula boğula çıxartdılar. Sağ olun uşaqlar. Qəhrəmansınız!

Bir də təmkinli ol zad bu tip şey yazmaq istəyənlərə - təmkinli olduq. Qarajımızın yarısını qanunsuz özününküləşdirəndə təmkinli olduq, evimizin altını bazlıqxana edəndə təmkinli olduq, məhkəmədə təmkinli olduq, və s. və s. Mənim nə atam oliqarx deyil, nə də ki anam şou biznes ulduzu deyil. Müəllim balasıyam, jurnalistəm. Rəsmən də ayın birindən işsizəm. Olanım - atamın aldığı bu ev idi. İndi nə olacaq biımirəm…"

Məsələyə münasibət bildirən telejurnalist Telman İsa yanan bina ətrafında tikilən qanunsuz tikililərə toxunub: "Dəhşətin kubu! O məsəldə deyildiyi kimi, gəl indi koru körpüdən keçir! Yəni, gəl indi bu darısqallıqda yanğını söndürən maşınları, texnikanı həyətsız binadan keçir.

P.S: Bir neçə nəfərin ölümünə, onlarla şəxsin ağır xəsarət almasına ( hələ sakinlərin ciddi iqtisadi problemlərini demirik) səbəb olmuş şiddətli yanğın böyük suallar yaradıb.Anlaşılır ki, Bakı şəhərinin müxtəlif ərazilərində sürətlə "ucalan" üstü bəzək, altı təzək "binalar"ı əməllicə tabut məkanıdır.Tikinti qaydalarının zibil qutularına atılması, inşaat şərtlərinin babasının yandırılması, rüşvətin tuğyan etməsi və daha nələr, nələr hər birimizi düşündürməyə bilməz! Mənə görə, təqsirkarlar ən sərt şəkildə cəzalandırılmalı və bu cür xaotik, nizamsız tikintiyi razılıq vermiş qurumların rəhbər şəxsləri ömürlük qazamata göndərilməlidir.

Dünyasını dəyişmiş şəxslərə Allah rəhmət eləsin! Tanrının rəhmi gəlmiş sakinlərə isə səbr diləyirəm! Soyuq qış günlərində onların ilkin qayğıları, ehtiyacları həllini tapmalıdır."

Sosial şəbəkələrdə qeyd edirlər ki, əgər Yasamal icra başçısı Elşad Həsənov rüşvət müqabilində qanunsuz obyektlərin tikintisinə, qanunsuz restoranların binaların həyətinə daxik olmasına, qəza çıxışlarını bağlamasına icazə verməsəydi bu gün xilasedicilər də zamanında hadisə yerinə çatardı, insanlar da səliqəli təxliyyə olunardılar. Paylaşılan məlumatlarda qeyd edilir ki, Yasamalda 1 qapı, 1 pəncərə, bir daş bir daş üstə rüşvətsiz qoyula bilməz. Elşad Həsənov Yasamalı qabaqlar sot-sot satırdı, indi addım-addım satır.

Mövzunu diqqətdə saxlayacağıq.
7NEWS.az

RƏYLƏR