"YAŞAT" Fondunun təşkilatçılığı ilə növbəti dəfə "Hədiyyə Karvanı" layihəsinə start verilib

OXUNUB: 282 Özəl SOSİAL
"YAŞAT" Fondunun təşkilatçılığı ilə növbəti dəfə "Hədiyyə Karvanı" layihəsinə start verilib.

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində reallaşdırılan layihə çərçivəsində şəhidlərimizin 14 yaşınadək olan övladlarına hədiyyə qutuları çatdırılacaq.

Ümumilikdə layihə ölkəmizin müxtəlif regionlarındakı 1700-dək uşağı əhatə edəcək.

Məqsəd onlara sevinc bəxş etmək, eləcə də onların hərtərəfli inkişafına dəstək olmaqdır.

Vətən əsgərinə, şəhid övladları isə xalqa əmanətdirlər! 

Layihənin logistika dəstəkçisi: Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "AVT Logistics”
 
 





RƏYLƏR